...

Prezident Aparatının İşlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayətinə dair məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 2 Mart 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Cavadova/Martın 2-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Prezident Aparatının İşlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayətinə dair məhkəmə iclası keçirilib.

Hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Akif Muradverdiyev ifadə verib. Dövlət əmlakını mənimsəmə və israfetmədə təqsirləndirilərək Ağır Cinayətlərə Dvair İşlər üzrə Məhkəmənin 31 oktyabr 2006-cı il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş A.Muradverdiyev özünü qismən təqsirli bildiyini söyləyib.

Məhkəmə iclası martın 5-də davam edəcək.

Qeyd edək ki, A.Muradverdiyev 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs olunub. İstintaq vaxtı isə onun digər maliyyə cinayətləri də üzə çıxıb və həmin cinayətlər ayrıca istintaq olunaraq məhkəmə baxışına verilib. Dövlət çevrilişinə cəhdlə əlaqədar istintaq işi isə Milli Təhlükəsizlik Nazirliyində hələ davam edir və bu işlə əlaqədar istintaqa təqsirləndirilən şəxs qismində A.Muradverdiyevlə yanaşı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və bir sıra digər yüksək vəzifəli şəxslər də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti