...

Vəkillər kollegiyası və DİN-də olan vakant yerlərə imtahanlar keçiriləcək

Cəmiyyət Materials 2 Mart 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /müxbir S.Ağayeva/ Martın 4-də Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) Azərvbaycan Respublikasıının Dazili İşlər Nazirliyində boş yerlərə və Vəkillər Kollegiyasına imtahan keçirəcək.

TQDK-dan verilən məlumata görə Vəkillər Kollegiyasına keçirilən imtahanda 441, DİN-də işə qəbulla bağlı müsabiqədə isə 72 nəfərin iştirak edəcəyi gözlənilir.

Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Test imtahanının nəticələrinə görə mümkün 100 baldan 65-ni toplayan namizədlər imtahanın ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar.

Vəkillər kollegiyasına üzvlük üçün isə ən azı 50 bal yığmaq tələb olunur.

Xəbər lenti

Xəbər lenti