...

Naxçıvanda bir mehmanxanaya "Dörd ulduz" kateqoriyası, üçünə isə lisenziya verilib.

Cəmiyyət Materials 3 Mart 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvan MR-də mehmanxanalara ekspert baxışı keçirilib və bir mehmanxanaya "Dörd ulduz" kateqoriyası, üçünə isə lisenziya verilib. Bu barədə Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, ötən müddət ərzində "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması" qaydalarının tətbiqi barədə qərar qəbul edilib və buna uyğun olaraq Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyində attestasiya komitəsi yaradılıb.

Komissiya Muxtar Respublika ərazisində 6 mehmanxanaya ekspert baxışı keçirib və onlardan yalnız birinə "Naxçıvan-Təbriz" Mehmanxanası ASC-yə "Dörd ulduz" kateqoriyası verilməsi qərara alınıb. Digər üç mehmanxanaya isə "Otel Grand Naxçıvan" MMC, "Naxçıvan Təbriz" ASC və "Gənclik Ticarət-Əyləncə Mehmanxanası"na isə lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti