...

Azərbaycan QİƏT-ə üzv ölkələrlə təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Cəmiyyət Materials 3 Mart 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Abayeva/ Azərbaycan Qara dəniz İqtisadi Əməkkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrlə təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Azərbaycanın Təhsil Nazirliyindən verilən məlumata görə hazırda təşkilata üzv ölkələrlə əməkdaşlığın sürətini artırmaq üçün nazirlikdə konsepsiya hazırlanıb.

Konsepsiyada elm sahəsində əlaqələrin genişələndirilməsi, elmi tədqiqatların nəticələrinin mübadiləsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, təhsil haqqında sənədlərin qarşılıqlı tanınması üçün təhsil standartlarıının eyniləşdirilməsi, təhsil pillələri və ali təhsil müəssisələrinin müəllim və tələbələri arasında mobilliyin artırılması barədə məsələlər əks olunub.

QİƏT-ə 11 dövlət - Azərbaycan, Ermənistan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Ukrayna və Türkiyə daxildir.

Xəbər lenti

Xəbər lenti