...

İçərişəhər World Heritage siyahısından çıxarıla bilər

Cəmiyyət Materials 10 Mart 2007 11:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Yaxın illərdə Azərbaycanın tarixi qoruğu - İçərişəhər YUNESKO komissiyasının World Heritage komitəsinin siyahısından çıxarıla bilər. Bu barədə Nazirlər Kabineti yanında dövlət tarixi, memarlıq qoruqları idarəsinin rəhbəri Kamran İmanov məlumat verib. Bu siyahıya təhlükə altında olan tarixi və memarlıq abidələri, qoruqlar daxil edilir.

""YUNESKO" komissiyası İçərişəhərin bərpa olunması üçün son zamanlar Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən məmnunluğunu bildirib. Qısa vaxt ərzində onun bu cür abidələrin siyahısından çıxarılmasını gözləmək olar", - deyə K.İmanov qeyd edib.

Onun sözlərinə görə, yeni tikililərdə qanunvericiliyə uyğun böyük işlər və tədqiqatlar aparılıb, onların fotoşəkilləri çəkilib. İçərişəhərdəki yeni tikililər əsasən 1990-cı ildən etibarən tikilib. Onlar üç kateqoriyaya bölünür. Birinci kateqoriyaya memarlıq görünüşü İçərişəhər memarlıq metoduna uyğun olan binalar daxildir. İkinci kateqoriyaya qismən uyğun gələnlər daxildir, lakin bəzi dəyişikliklər edilməklə memarlıq metoduna uyğunlaşdırıla bilər. Üçüncü kateqoriyaya memarlıq görünüşü İçərişəhərin memarlıq metodunu pozan binalar daxildir, belə ki, onlar qırmızı xətti (memarlar belə adlandırır) keçir və kvartalın morfologiyasını pozur.

"Bu yaxınlarda Qız Qalasının yanında İçərişəhərin memarlığına uyğun körpü tikiləcək", deyə K.İmanov bildirib.

Xəbər lenti

Xəbər lenti