...

Naxçıvanın tarix və mədəniyyət abidələrinin pasportlaşdırılmasının növbəti mərhələsinə apreldən başlanılacaq

Cəmiyyət Materials 12 Mart 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvan MR-də tarix və mədəniyyət abidələrinin pasportlaşdırılmasının növbəti mərhələsinə apreldən başlanılacaq. Bu barədə Azərbaycan MEA Naxçıvan bölməsindən məlumat veriblər.

Bölmədən bildiriblər ki, hazırda bununla bağlı hazırlıq prosesi gedir və növbəti mərhələdə ilk olaraq Babək rayonunda qeydə alınmayan tarix və mədəniyyət abidələri pasportlaşdırılacıq. "Artıq Culfa, Kəngərli, Şərur və Şahbuz rayonlarında pasportlaşdırılma işi başa çatıb. Aprel ayından başlayaraq isə proses digər rayonlarda da davam etdiriləcək və işlər növbəti aylarda tamamlanacaq", - deyə bölmədən bildiriblər.

Naxçıvan MR-də indiyədək 579 abidə pasportlaşdırılıb. Pasportlaşdırma işi Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbov tərəfindən imzalanılan 06 dekabr 2005-ci il tarixli "Naxçıvan MR ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması haqqında sərəncamına uyğun həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti