...

Azərbaycanın Səhiyə Nazirliyi vərəmə qarşı mübarizə üzrə yeni strategiya hazırlayır

Cəmiyyət Materials 14 Mart 2007 15:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan Səhiyyə Nazirliyi yeni strategiya - "Milli vərəm proqramı" üzərində iş aparır. Bu barədə bu gün Ağciyər Xəstəlikləri üzrə Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru Faiq Ağayev məlumat verib.

Onun sözlərinə görə, sənədin bir neçə ay ərzində hazırlanması və baxılması üçün müvafiq orqanlara təqdim olunması planlaşdırılır.

ETİ-nin direktoru qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsi artıq vərəmə qarşı mübarizədə nailiyyətlərə malikdir. Nailiyyətlərə periferik laboratoriya xidmətinin gücləndirilməsi, beynəlxalq aləm tərəfindən məsləhət görülmüş birinci səviyyəli vərəmə qarşı müalicə rejimlərinin yaxşılaşdırılması, bütün müalicəxanaların fasiləsiz olaraq dərmanlarla təminatı və çatdırılması və DOTS proqramı üzrə müalicə nəticələrinin yaxşılaşdırılması daxildir.

F.Ağayevin məlumatına əsasən, mütəxəssislərin təlimi gücləndirilib - laboratoriyaların bütün əməkdaşları və həkim-ftiziatrlar treninqlər keçib, beynəlxalq əməkdaşlarla əlaqələr möhkəmlənir və güclənir. Bunun üçün ilk növbədə, beynəlxalq standartlara cavab verən müasir tənzim bazasını yaratmaq, yaxın 5 il üçün milli strateji fəaliyyət planınını hazırlmaq, tələbatı nəzərə almaqla büdcənin detallı şəkildə əsaslandırılması, vərəmə qarşı köməyin göstərilməsi üçün müasir milli standartların işlənib hazırlanması, vərəmə qarşı xidməti yenidən təşkil etmək lazımdır.

İnstitut direktoru regional səviyyəni gücləndirməyi və bunun üçün vərəmə qarşı mubarizə üzrə mərkəzləşdirilmiş 12 regionun ayrılması və bununla da pasiyentə vərəmə qarşı xidmətlərin göstərilməsini yaxınlaşdırmağı təklif edir. "Biz ilkin tibbi yardıma bəndinin aşkara çıxarmaq və müalicəyə nazarət, daha sonra hospital mərhələsinin əlavə olunmasın təklif edirik", - deyə F.Ağayev qeyd edib.

"Bu gün bizim xəstəliyin ilkin mərhələsinin müalicəsi üçün nəzərdə tutulmuş kifayət qədər dərmanlarımız var, lakin xəstəliyin sonrakı mərhələlərində lazım olan dərmanların çatışmamazılığı ilə bağlı problem var. Bu dərmanlar çox bahadır", institut direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti