...

Azərbaycan Əlcəzair və Mərakeşlə hüquqi sazişlər imzalayacaq

Cəmiyyət Materials 16 Mart 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu il Azərbaycan Ədliyyə Nazirliyi Əlcəzair və Mərakeşin müvafiq qurumları ilə "Hüquqi yardım və əməkdaşlıq haqqında" sazişlər imzalayacaq. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov bildirib ki, Əlcəzairlə imzalanacaq sənədlər tam hazırdır. Mərakeşlə isə bu istiqamətdə danışıqlar davam etdirilir. Mərakeşlə "Cinayət işləri üzrə hüquqi yardım haqqında", "Mülki işlər üzrə hüquqi yardım haqqında", "Ekstradisiya haqqında" müqavilələr, "Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlıq haqqında" sazişin imzalanması nəzərdə tutulur. Bu sənədlərin son variantı Mərakeşin Ədliyyə Nazirliyi nümayəndələrinin Bakıya səfəri zamanı tam razılaşdırılacaq.

Qafarov bildirib ki, Azərbaycan Ədliyyə Nazirliyi ilə əksər MDB dövlətləri, Türkiyə, və İranla "Məhkumların verilməsi haqqında" müqavilə imzalayıb. Həmçinin Azərbaycan məhkumların cəza çəkməsi üçün öz ölkələrinə verilməsi ilə bağlı MDB dövlətlərinin qoşulduğu 1998-ci il Moskva Konvensiyasına və Avropa ölkələri ilə "Məhkumların verilməsi haqqında" 1983-cü il konvensiyasıyalarına qoşulub.

Xəbər lenti

Xəbər lenti