...

Gürcüstan azərbaycanlılarının hüquqları Milli Assambleyasının IV qurultayında müzakirə edilib

Cəmiyyət Materials 16 Mart 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) dördüncü qurultayı olub. Bu barədə GAMA-nın rəhbəri Daşqın Gülməmmədov məlumat verib.

Qurultay martın 15-16-da Türkiyənin Trabzon şəhərində keçirilib. Toplantıda Gürcüstandakı ictimai-siyasi durum, azərbaycanlıların hüquqları, GAMA-nın Gürcüstanda parlament və prezident seçkilərində iştirakı məsələləri müzakirə olunub.

Qurultayda GAMA prezidentinin hesabatı dinlənilib, Assambleyanın yeni Nizamnaməsi qəbul edilib, qurumun rəhbərliyinə, Ali Məclisi və Mərkəzi Nəzarət Palatasına seçkilər olub. Daşqın Gülməmmədov yenidən GAMA-nın prezidenti seçilib, 11 nəfərdən ibarət Ali Məclis, üç nəfərlik Mərkəzi Nəzarət Palatası formalaşdırılıb. GAMA-nın Gürcüstandakı növbəti parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti