...

Azərbaycan və Rusiyanın mədəniyyət idarələri 2007-2008-ci illər üçün əməkdaşlıq planı imzalayacaqlar

Cəmiyyət Materials 19 Mart 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Martın 22-25-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyanın mədəniyyət və kinematoqrafiya federal agentliyinin rəhbəri Mixail Şvıdkovun dəvəti ilə Moskvaya səfər edəcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi ötən il elan olunmuş Azərbaycanda Rusiya ilinin nəticələrinə yekun vurulması və bu sahədə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsidir. Danışıqların yekununa müvavfiq olaraq 2007-2008-ci illər üçün əməkdaşlıq planının imzalanacağı bildirilib. Nazirin səfər proqramına Rusiyanın mədəniyyət və kütləvi kommunikasiya naziri Aleksandr Sokolov, Turizm üzrə Federal agentliyin rəhbəri V.İ.Strjalkovski, Rusiyanın Mədəniyyətşünaslıq Institutunun direktoru K.E.Razloqov, Mədəniyyətin məlumatlandırlması problemləri üzrə mərkəzin direktoru S.A.Kuybışevlə görüşlər daxildir. Qarayev həmçinin Puşkin adına təsviri incsəsənət muzeyinə də gedəcək.

Xəbər lenti

Xəbər lenti