...

Strasburqdakı "Azərbaycan evi" kömək istəyir

Cəmiyyət Materials 23 Mart 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Strasburqdakı "Azərbaycan evi" kömək istəyir. "Azərbaycan evi" ofisindən verilən məlumata görə, tam fəaliyyət göstərmək və fransız ictimaiyyətinin Azərbaycan reallıqları barədə məlumatlandırlması üçün azərbaycan, fransız, ingilis və alman dillərində ensiklopedik lüğət, jurnal və kitablara ciddi ehtiyac var. Bu vəsaitlərdən kitabxana yaradılması və kursaların təşkil olunmasında istifadə olunacaq. Bundan əlavə təsviri incəsənət nümunələri, turizm və tarixi abidələrin afişalarına ehtiyac var. Radio verilişlər üçün CD disklər və kino klub üçün DVD filmləri tələb olunur.

"Azərbaycan evi" həmçinin Azərbaycanda istehsal olunan məhsul nümunələrinə, musiqi alətlərinə, milli geyimlərə (folklor qruplarının fəaliyyət göstərməsi üçün) ehtiyac duyur.

Bu məqsədlə "Azərbaycan evi" dövlət qurumları, qeyri-hökumət təşkilatları, parlamentarilər, iş adamları, KİV və bütün arzu edən şəxsləri yardım etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti