...

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların tələbinin hüquqi əsası yoxdur

Cəmiyyət Materials 28 Mart 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmiş məhkumların cəzasının azaldılması yalnız ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Bu barədə Trend ə açıqlamasında Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının hakimi Müzəffər Ağazadə məlumat verib. Ağazadə bildirib ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra bu cəzaya məhkum olunmuş şəxslərə qarşı humanistlik nümayiş etdirilərək onların cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.

Hakimin sözlərinə görə, həmin məhkumların tələblərinin heç bir hüquqi əsası yoxdur: "Onların işinə heç bir məhkəmə instansiyasında baxıla bilməz. Bu məsələyə Konstitusiya Məhkəməsi də münasibət bildirib. Cinayət Məcəlləsinin 57-ci maddəsində qeyd olunur ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar cəzalarının 25 ilini çəkəndən sonra əfv, yaxud da cəzalarının müddətli cəza ilə əvəzlənməsi üçün müraciət edə bilərlər".

Ağazadə İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun Azərbaycan dövlətinə qarşı şikayəti üzrə qəbul etdiyi qərarın bu qəbildən olan məhkumların işlərinə baxılarkən president kimi tətbiq olunduğunu qeyd edib. Belə ki, Hümbətovun işi üzrə Avropa Məhkəməsinin qərarında ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi humanist addım kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti