...

Xocalıların iddiası üzrə məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 28 Mart 2007 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin Xocalı sakinlərinin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Məhkəmnədən bildirilib ki, cavabdeh və vəkili iclasda iştirak etməyib. Cavabdehin vəkili İsaxan Aşurov başqa prosesdə iştirak etdiyini əsas gətirərək iclasın başqa vaxta keçirilməsi barədə məhkəməyə müraciət edib.

Cavabdehin iclasda iştirak etməməsinə baxmayaraq iddia üzrə məhkəmə baxışı aprelin 5-ə təyin olunub.

300 nəfər Xocalı sakini adından verilən iddia ərizəsində Fətullayevin onlardan üzr istəməsi və vurulmuş mənəvi ziyana görə,15 min manat məbləğində cərimələnməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti