...

Azərbaycan və Sankt-Peterburqun gənclər siyasəti sahəsində əməkdaşlığı müzakirə olunub

Cəmiyyət Materials 30 Mart 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov şəhər hökuməti İctimai Təşkilatlarla (birliklərlə) gənclər siyasəti və qarşılıqlı əlaqələr üzrə Komitəsinin sədri Sergey Qrişinlə görüş keçirib. Bu barədə Baş Konsulluqdan məlumat verilib.

Görüş çərçivəsində baş konsul Q.Osmanov gənclər siyasəti sahəsində müxtəlif elmi-praktik konfranslarda birgə iştirak, beynəlxalq tələbə mübadiləsi, yay istirahət düşərgələrinin yaradılması, insan hüquqları və tolerantlıq mövzusunda seminar və treninqlərin keçirilməsi, həmçinin Avropa Şurasının "Hamı fərqli-Hamı bərabər" gənclər proqramı çərçivəsində gənclərin sosial-ictimai həyatda iştirakının aktivləşdirilməsi yolu ilə sıx əməkdaşlıq qurulması məsələlərini müzakirə edib.

Öz növbəsində Komitə sədri Sergey Qrişin də rəhbəri olduğu qurumun əməkdaşlığa və Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında gəncər siyasəti sahəsində qarşılıqlı əlaqələrin qurulması üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti