...

Azərbaycan ombudsmanının nümayəndəsi ATƏT-in tədbirində iştirak edib

Cəmiyyət Materials 2 Aprel 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Vyanada ATƏT-in "Sərbəst toplaşmaq, birləşmək və fikir azadlığı: plüralist cəmiyyətdə tam və bərabər iştirakın dəstəklənməsi" mövzusunda insan ölçüsü üzrə görüşü keçirilib. Bu barədə Ombusman Aparatından məlumat verilib. Tədbirdə Azərbaycandan Ombudman Aparatı hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Səfixanlı çıxış edərək ölkəmizdə birləşmək hüququnun təmini sahəsində aparılan islahatlar, bu sahədə qanunvericilik bazasının formalaşdırılması, eləcə də ombusmanın vətəndaş cəmiyyəti və dövlət qurumları ilə əlaqələrə xüsusi önəm verdiyi, bu sahədə əməkdaşlıq üçün ombudsman yanında Ekspertlər Şurası yaradıldığı haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti