...

Gəncə darvazalarının bərpa işləri başa çatıb

Cəmiyyət Materials 6 Aprel 2007 16:45 (UTC +04:00)
Gəncə darvazalarının bərpa işləri başa çatıb

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə darvazalarının bərpa işləri artıq başa çatıb. Bu barədə məlumatı Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev verib. Onun sözlərinə görə, darvazaların bərpası işi artıq yekunlaşıb, hazırda Gəncənin Bakı istiqamətində girişində darvazaların yerləşdirilməsi üçün qala divarları ucaldılır. Müsahib bildirdi ki, may ayının sonuna işlərin tam yekunlaşdırılması nəzərdə tutulur. Hündürlüyü 3 metr 70 sm olan qapının hazırlanmasında həm yeni, həm də qədimi materiallardan istifadə olunub. Qala barılarını tikmək üçün lazım olan kərpiclər Naxçıvandan gətirilir.

F.Əliyev əlavə edib ki, kərpiclərin gətirilməsində Heydər Əliyev Fondu yardımçı olub. Hazırda "Gəncə Darvazası"nın əsli Kutaisi şəhərindədir. Onu 1139-cu ildə Gəncədə zəlzələ baş verən zaman gürcü ordusu qənimət kimi aparıb.

Akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapıb. Sonralar Gəncə Regional Elm Mərkəzi həmin qalıqları toplayıb və bərpa edib. Bu qapıların hündürlüyü 3m 70 sm, eni isə 3m 40 sm-dir. Darvazanın tapılan hissəsində 56 müxtəlif tökmə listlər var və onlar da biri-birinə çarmıxlarla möhkəm bağlanıb.

Xəbər lenti

Xəbər lenti