...

Alpinist İsrafil Aşırlı: "Everestə yürüşün coğrafi-tanışlıq hissəsi yekunlaşıb"

Cəmiyyət Materials 10 Aprel 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Everestə yürüşün coğrafi-tanışlıq hissəsi yekunlaşıb və artıq onun alpinist hissəsinə başlanılıb". Bu sözləri Trend ə açıqlamasında dağlar fəthedicisi İsrafil Aşırlı deyib. Beynəlxalq ekspedisiyanın tərkibində dünyanın ən tanınmış yüksəkliklərini fəth etməyə yollanan idmançı qeyd edib ki, 16 günün beşini ekspedisiya üzvləri Nepalı gəzməklə keçiriblər. Buna səbəb onların ekspedisiyanın digər iştirakçılarını gözləmələri olub. "Biz Lxasa, Şiqatsu şəhərlərində olduq. Həmçinin Dalay-lamanın iqamətgahında olduq və bu dağ ölkəsinin sakinlərinin həyat tərzi ilə tanış olduq. Eyni zamanda biz dəniz səviyyəsindən beş min metr yüksəklikdə yerləşən Ronqbuk monastırına baş çəkdik" - deyə o bildirib.

Qeyd edək ki, hazırda ekspedisiya üzvləri baza düşərgəsində yerləşirlər və Everest dağına çıxmağa hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti