...

Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçiləcək

Cəmiyyət Materials 11 Aprel 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkiləri aprelin sonlarında keçiriləcək. Bu barədə çərşənbə günü AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, seçkilərin keçirilmə günü akademiyanın aprelin 16-da keçiriləcək Rəyasət Heyətinin iclasında müəyyənləşdiriləcək.

Prezident seçkilərindən sonra AMEA-nın həqiqi və müxbir üzvlərinin seçilməsi üçün də seçkilər keçiriləcək. İnstitutun həqiqi üzvlərinə seçkilərdə 13 yer uğrunda 45 namizəd, müxbir üzvlərinə seçkilərdə isə 29 yer uğrunda 207 namizəd mübarizə aparacaq.

AMEA-da son prezident seçkiləri 2001-ci ildə keçirilib və daha çox səs çoxluğu qazanan Mahmud Kərimov 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə bu vəzifəyə təyin olunub. Akademiyanın Nizamnaməsinə əsasən Kərimov ikinci dəfə də seçkilərdə iştirak edə bilər.

AMEA 1945 ildə yaranıb və 30-dan artıq elmi-tədqiqat institutu, 1Naxçıvan Muxtar Respublikası şöbəsi, 3 (Gəncə, Lənkəran, Şəki) Regional Mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti