...

Avropa Şurasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin ilk forumu keçirildi

Cəmiyyət Materials 12 Aprel 2007 13:05 (UTC +04:00)

Fransa, Strasburq / Trend müxbir Ə.Məcidli /. Avropa Şurasında Strasburqda təhsil alan azərbaycanlı tələbələrin ilk forumu keçirildi. Forumda tələbələrlə yanaşı Azərbaycanın Avropa Şurası yanındakı daimi numayəndəliyinin rəhbəri Arif Məmmədov, Avropa Şurasının Təhsil, mədəniyyət, idman və gənclik idarəsinin direktoru Qabriella Batayani Draqoni, Avropa Şurasının mətbuat ataşşesi Dorian Lacomb, Strasburqda fəaliyyət göstərən Azərbaycan evinin sədri Mustafa Alınca,Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) bas katibi Vüsal Məmmədov və digər səxslər iştirak etdilər.

AŞ yanındakı daimi nümayəndəliyin rəhbəri öz çıxışında forumun əhəmiyyətindən danışaraq təşkilatçılara öz təşəkkürünü bildirdi. Gələcəkdə də bu cür forum və beynəlxalq konfransların keçirilməsinin vacibliyini vurğulayan səfir bu cür tədbirlər üçün hər cür dəstək göstərməyə hazır olduqlarını qeyd etdi.Daha sonra çıxış edən xanım Draqoni də belə bir forumun keçirilməsini yüksək qiymətləndirdi. Beynəlxalq gənclik konfransları və trenınqlər haqqında cıxış edən xanım Draqoni forumun Avropa Şurası kimi beynəlxalq bir təşkilatın mərkəzı binasında keçirilməsinin bu tədbirin əhəmiyyətini daha da artırdığını vurğuladı. "All different, all equal" (Hamı fərqlı, hamı bərabər) layihəsi barədə də geniş məlumat verən xanım Draqoni bu layihədə Azərbaycan təşkilatlarının aktivliyinə də toxundu.Daha sonra suallara cavab verən xanım Darqoniyə forum təşkilatçıları tərəfindən Qarabağ haqqında kitab, xalça, Rəşid Behbudov və Vaqif Mustafazadənin albomları hədiyyə edildi.

Avropa Şurasının mətbuat ataşşesi Dorian Lacomb Avropa İnstitutları barədə məlumat verdi, Avropada lobbi fəaliyyətlərinin əhəmiyyətinə də toxundu. Bu cür forumların Azərbaycanın Avropada tanıdılmasında və diaspor fəaliyyətlərində əhəmiyyətli rol oynadığını vurğuladı. Azərbaycanın tanınmış neft ölkələrindən biri olduğunu qeyd edən Lacomb, Azərbaycanın diaspor fəaliyyətlərində bu sektordan da istifadə edilməsinin gərəkliyini söylədi.

Daha sonra cıxış edən Avropa Şurasının rəsmi diplomatı Can Fişek isə Avropada təhsil alan azərbaycanlı gənclərin beynəlxalq fəaliyyətlərinin  əhəmiyyətli olduğunu vurğuladı. Gənclərin xaricdəkı diasporların formalaşdırılmasında mühüm yer tutduğunu söyləyən Fişek, bu cür fəaliyyətlərə digər diaspor təskilatlarının da dəstək verməsinin gərəkliyini ifadə etdi.

Forumda cıxış edən ATAF-in baş katibi Vüsal Məmmədov bu forumun əhəmiyyətindən danışaraq xaricdəki bu cür fəaliyyətlərin diqqət mərkəzində olmasının gərəkliyini bildirdi. Brüsseldə keçiriləcək Azərbaycanlı Tələbələrin ikinci Avropa Forumu barədə də məlumat verən baş katib bu cür forumların, tədbirlərin Azərbaycanın Avropada tanıdılması üçün nə qədər lazım olduğunusöylədi.

Daha sonra forum qarsılıqlı sual-cavab, müzakirə şəklində davam etdı.

Xəbər lenti

Xəbər lenti