...

Gəncə şəhərində doğulan uşaqların sayı 13% artıb

Cəmiyyət Materials 13 Aprel 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu ilin üç ayı ərzində Gəncə şəhərində 949 körpə dünyaya göz açıb. Bu barədə cümə günü məlumat verən Gəncə şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi Sürayyə Səfərova bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə Gəncədə 839 uşaq anadan olub. Səfərovanın sözlərinə görə, Gəncədə dünyasını dəyişən körpələrin sayında isə azalma var. Əgər keçən ilin birinci rübündə bu göstərici 512 idisə, bu il bu rəqəm 501-ə enib.

Ötən il Gəncədə ümumilikdə 3959 uşaq dünyaya gəlib.

Xəbər lenti

Xəbər lenti