...

Nigah statistikası

Cəmiyyət Materials 19 Aprel 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın Şimal bölgəsində bu ilin birinci rübündə 400-dən artıq kəbin kəsilib, 87 boşanma faktı qeydə alınıb ki, bu da ümumi qeydə alınan kəbinlərin təqribən 20%-ni təşkil edir. Ötən ilin yanvar-mart aylarında isə 349 kəbindən 100-ü uğursuz olub (34,9%). Bu barədə çərşənbə günü Quba, Qusar və Xaçmaz məhkəmələrindən məlumat verilib.

Məlumatda bildirilib ki, yanvar-mart aylarında ən çox kəbin Qubada qeydə alınıb (201 fakt). Xaçmazda isə 52 kəbindən 20-si uğursuz olub. Region məhkəmələrindən bildiriblər ki, son statistikalara görə, boşanmaların əsas səbəbi valideynlərin gənclərin sevgisinə müdaxiləsi, onları zorla evləndirməsi, ailə qurulduqdan sonra oğlanların bundan əvvəl Rusiya və digər MDB ölkələrində ailəli olmasının aşkarlanması, gənc ailələrin münasibətlərinə müdaxilədir.

Ümumilikdə, ötən il 4787 kəbin kəsilib və 584 boşanma halı qeydə alınıb (12%). 2006-ci ildə ən yüksək göstərici Qusar rayonunda olub. Həmin rayonda boşanma faktı evlilərin 16%-ni təşkil edib (801 nigahın 115-i uğursuz olub). 2005-ci ildə bu göstərici 10% olub.

Xəbər lenti

Xəbər lenti