...

"Azadlıq" qəzetinin şikayəti təmin olunub

Cəmiyyət Materials 19 Aprel 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Apellyasiya Məhkəməsində "Azadlıq" qəzetinin Səbayel rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə bu gün hakim Ələkbər Quliyevin sədrliyi ilə proses keçirilib. Qəzetin nümayəndəsi Rəşid Hacılı cümə axşamı bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin edib.

Hacılı bildirib ki, "Qafqaz" Konserv zavodu MMC-nin işgüzar nüfuzun müdafiəsiilə bağlı "Azadlıq" qəzetinə qarşı iddiası üzrə qəzet Səbayel məhkəməsinin qətnaməsi ilə 50 min manat məbləğində cərimələnib. Həmin qərardan apellyasiya şikayəti verilməməsi ilə bağlı xüsusi qeyd olub. Cavabdeh isə Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti vermək hüququnun bərpasını istəyib.

Xəbər lenti

Xəbər lenti