...

Azərbaycanın sabiq səhiyyə nazirinə hökm oxunur

Cəmiyyət Materials 20 Aprel 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda sabiq səhiyyə naziri Əli İnsanova hökm oxunur. Hakim, İnsanov və dəstənin digər üzvlərinin, məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin, şahid və zərərçəkmişlərin ifadələrini, əldə olunmuş sübutları elan edir. Məhkəmə iclası hökmün oxunuşu ilə davam edir.

Dövlət ittihamçısı məhkəmədən sabiq nazirə əmlakı müsadirə olunmaqla 12 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib. Digər təqsirləndirilənlərə isə Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 8, Fuad Mahmudova sınaq müddətinə 5, Vəkil Abbasova sınaq müddətinə 4, Akif Məhərrəmova 10, Eldar Rzayevə 8, Hacı Əliyevə sınaq müddətinə 5, Şövqü Cəfərova sınaq müddətinə 5, Aleksandr Umyaşkinə 10 il iş istəyib.

Xəbər lenti

Xəbər lenti