...

Mədəniyyət və turizm naziri: "Azərbaycanda satira janrının inkişaf etdirilməsi vacibdir"

Cəmiyyət Materials 20 Aprel 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda satira janrının inkişaf etdirilməsi vacibdir. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev cümə günü "Mozalan" studiyasının bərpasına həsr olunmuş sərgidə iştirakı zamanı bu barədə açıqlama verib.

Nazir qeyd edib ki, 1971-ci ildə Azərbaycanda "Mozalan" satirik kinojurnalı yaradılıb. Kinojurnal sovet hakimiyyəti dövründə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın ənənələrini qoruyub saxlamağa qadir olub. Sovet dövründən əvvəl də Azərbaycanda Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və digər "Molla Nəsrəddinçilər"in yetişdiyi xatırladan nazir "Mozalan" satirik studiyasına nöqsanları sağlam tənqidlə göstərməyi tövsiyə edib.

"Ayrı-ayrı fərdlərin fəaliyyətində tənqid olunası məqamlar var. Cəmiyyət onlara gülərək baxanda özünü sağalda bilir və həmin nöqsanlardan daha rahat imtina edir. Xırda səhvlərin dərin kök salaraq gələcəkdə daha da böyüməsi pis haldır. Amma tənqid etməklə yanaşı, tövsiyələr vermək qabiliyyəti də olmalıdır" - deyə nazir satiraya münasibətini bildirib.

Xəbər lenti

Xəbər lenti