...

Həbsdə olan azərbaycanlı millət vəkilini nevropatoloq müayinə edəcək

Cəmiyyət Materials 20 Aprel 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycan İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində millət vəkili Hüseyn Abdullayevlə görüşüb. Behbudov cümə günü bildirib ki, o, istintaqdan şikayət edib. Bildirib ki, onunla heç bir istintaq hərəkəti aparılmır. Abdullayevin həkimi isə gələn həftənin birinci günü onun müayinəsi üçün müəssisəyə nevropatoloqun dəvət olunacağını qeyd edib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti