...

İnsan alveri ilə məşğul oan iki qadın yaxalanıb

Cəmiyyət Materials 24 Aprel 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan 2 qadın saxlanılıb. Bu barədə çərşənbə axşamı DİN-in mətbuat xidmətindən məlumat verilib. Bakı şəhər sakini Məhəbbət Hüseynovanın qadınları Birləşmiş Ərəb Əmirliklərinə, Saatlı rayon sakini Sevda Əhmədovanın isə Türkiyəyə aparıb cinsi istismara məruz qoymaları aşkarlanıb. Hazırda istintaq həmin qadınların qurbanlarının dairəsini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti