...

Azərbaycanın Gəncə şəhərində göz xəstəliyindən əziyyət çəkən uşaqlar cərrahiyyə əməliyyatına cəlb olunacaq

Cəmiyyət Materials 26 Aprel 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ "Xəzər Qayğıkeşlik" layihəsi çərçivəsində "World Vision" təşkilatının ayırdığı 100 min dollar vəsait hesabına Gəncədə gözlərində problemləri olan 16 uşaq cümə və şənbə günləri Gəncə şəhər 3 saylı xəstəxanasında cərrahiyyə əməliyyatına cəlb olunacaq. Layihənin koordinatoru Rüstəm Əliyev cümə axşamı bildirib ki, ümumilikdə Gəncədə göz xəstəliyindən əziyyət çəkən 70 uşaq müayinədən keçirilib. Onun sözlərinə görə, analoji tədbir Gəncədən sonra Goranboyda və Tovuz rayonlarında təşkil olunacaq.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti