...

Bu gün Milli Elmlər Akademiysında seçkilərdir

Cəmiyyət Materials 26 Aprel 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /korr.TrendLife Fərid Sadıxov/ Bu gün Milli Elmlər Akademiyasına həqiqi və müxbir üzvlərin seçkisi keçirilir. Akademiyadakı 13 həqiqi üzv yerinə 45 alim, 31 müxbir üzv yerinə isə 207 nəfər namizədliyini irəli sürüb. Həm həqiqi, həm də müxbir üzvlüyə seçilmək iddiasında olanlar sırasında kifayət qədər tanınmış alim var. Buna misal olaraq Prezidentin İcra Aparatının rəhbəri, filosof Ramiz Mehdiyev, Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Arif Həsənov, Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, dilçi alimlər Axamusa Axundov, Afat Qurbanov, şərqşünas Vasim Məmmədəliyev və digərlərini göstrmək olar.

Xəbər lenti

Xəbər lenti