...

Azərbaycan Məhkəmə-Hüquq Şurası 6 hakimi cəzalandırıb

Cəmiyyət Materials 27 Aprel 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Məhkəmə-Hüquq Şurası 6 hakimi cəzalandırıb. Məhkəmə-Hüquq Şurasından cümə günü Trend ə verilən məlumata görə, qanunvericiliyin tələblərini, o cümlədən mülkiyyət hüquqlarını pozduqlarına, işlərə süründürməçiliklə baxdıqlarına, vətəndaşları əsassız get-gələ salmalarına görə Apellyasiya Məhkəməsinin hakimləri Maisə Hüseynovaya, Lətif Nəbiyevə, Salman Hüseynova, Səbayel rayon məhkəməsinin hakimi Alim Namazova töhmət verilib, Apellyasiya Məhkəməsinin hakimi Rasim İsgəndərova və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi Elnur Cəbiyevə isə irad tutulub.

Bəzi hakimlərin işlərə baxılmasında ciddi pozuntulara yol verdiklərinə, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratdıqlarına görə Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhərinin rayon məhkəmələrinin 5 hakimi barədə intizam icraatı başlanılıb.

Bu barədə qərar Şuranın iclasında qəbul olunub.

Xəbər lenti

Xəbər lenti