...

Elariz Fransada konsert verəcək

Cəmiyyət Materials 26 Aprel 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /müx.Trendife vüqar İmanov/Təəcüblənməyin, Elarizi Fransaya toya dəvət etməyiblər. Fransada prezident seçkilərindən sonra tanınmış müğənni Elariz dostlarının dəvəti ilə may ayında ora gedib öz ustalığını nümayiş etdirəcək. Hazırda müğənninin harda, kimin qarşısında çıxış etməsi məlum deyil. Sadəcə konsert Parisdə və Starsburqda təqdim olunacaq.

Elariz fransız tamaşaçılarına özünəməxsus "vineqret-repertuar"ından olan yeni estrada və xalq mahnılarını təqdim edəcək. Bu barədə Elariz sevincək Trendlife-a xəbər verib. Vətənə döndükdən sonra müğənni musiqisi Sərvər Şahbəyliyə, sözləri özünə aid olan "Nələr oldu" mahnısına klip çəkdirəcək.

Xəbər lenti

Xəbər lenti