...

Bazar günü Bakıda yeni katolik kilsəsinin açılışı olacaq

Cəmiyyət Materials 28 Aprel 2007 11:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Bazar günü Bakıda, Nobel prospektində tikilmiş (Nobel prospekti, 10) yeni katolik kilsəsinin açılşı olacaq. Bununla əlaqədar yeni kilsədə dini ibadət keçiriləcək. Bu barədə Azərbaycanda Roma katolik kilsəsinin nümayəndəsi Yan Çapla məlumat verib.

O qeyd edib ki, bu, kilsənin rəsmi açılışı olmayacaq, kilsə rəsmən Vatikandan yüksək vəzifəli şəxsəlrin iştirakı ilə keçiriləcək. Vatikandan nümayəndə heyətinin səfəri iyunda baş tutacaq, deyə din xadimi vurğulayıb. O, məlumat verib ki, kilsənin açılışına Azərbaycan hökumətinin rəsmi şəxslərinin, ruhanilərin və ictimaiyyət nümayəndələrinin dəvət edilməsi də planlaşdırılır.

Kilsə Roma katolik kilsəsinin maliyyəsi hesabına tikilib. Azərbaycan katolik icması bu gün təxminən 250 nəfərdən ibarətdir. Azərbaycanda işləyən və yaşayan xarici katoliklər də həmçinin bu cərəyana mənsubdur.

Xəbər lenti

Xəbər lenti