...

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirilib

Cəmiyyət Materials 28 Aprel 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Şənbə günü dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirilib. Azərbaycan Texniki Universitetində keçirilən imtahanları müşahidə edən xüsusi müxbirimizin verdiyi məlumata görə, 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üzrə müsabiqədə iştirak etmək üçün 930 namizəd qeydiyyatdan keçib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təşkilat şöbəsinin müdiri Məmməd Qurbanov bildirib ki, daha çox maraq Hesablama Palatası (25 vakant vəzifə üzrə 165 namizəd), Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (156 namizəd), Ekologiya və Təbiii sərvətlər Nazirliyi (46 vakant üzrə 155 namizəd), Mədəniyyət və Turizm nazirliyi (5 vakant üzrə 132), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (10 vakant üzrə 64 namizəd), Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (6 vakant üzrə 53 namizəd), Sənaye və Energetika Nazirliyində (14 vakant üzrə 53 namizəd) olan vakant vəzifələrə göstərilib. İmtahanda iştirak edən namizədlərin 735-i kişi, 195-i qadınlardır.

İmtahanda namizədlərin peşə ixtisas bilikləri, Konstitusiya və dövlət qulluğu qanunvericiliyinə aid 70, məntiqi düşünmə qabliyyətini yoxlayan 20 və kompüter biliklərinə dair 10 sual daxil olmaqla 100 sual təqdim olunub.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, müsahibənin keçirilməsini nəzərdə tutan ikinci mərhələyə hazırlıq görülür. İlk mərhələnin nəticələri TQDK-nın və Dövlət Qulluğu məsələri üzrə Komissiyanın saytında yerləşdirələcək. Sabahdan etibarən nəticələrdən narazı olan namizədlər Dövlət Qulluğu məsələlər üzrə Komissiyaya şikayət verə bilərlər.

Xəbər lenti

Xəbər lenti