...

Bakının Əhmədli qəsəbəsində yarımçıq "Liverpul"-"Çelsi" matçı

Cəmiyyət Materials 2 May 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx.Trendlife Vüqar İmanov/Avropa liqa çempionunun yarımfinalında futbolsevərlər iki nəhəng ingilis klubunun - nı maraqla izləyirdilər. Futbol fanatları gecə yatmamaq və oyunun gedişini axıradək izləmək üçün min hoqqadan çıxır, gah çay içir , gah siqaret çəkir, gah da soyuq su ilə yuyunurdular... Onların arasında Əhmədlidən olan futbol azarkeşləri də vardı. Bu da son, deməli, kuliminasiya nöqtəsinə gəlib çatırıq, onbir metrəlik penalti cəriməsi holland legioneri Zenden tərəfindən vurulacaq. Və bu məqamda qəfildən Əhmədlinin Xudu Məmmədov küçəsində bəzi evlərdə işıqlar söndü. Dəhşət!!! Ən maraqlı yerində!!! Zülmət səhərə qədər davam etdi...

"Bakıelektrikşəbəkə"-nin "199" qəza xidmətinin Trendlife-a verdiyi məlumata görə, kabel zədələnib, hazırda təmir işləri görülür. Yəqin "Liverpul"-"Çelsi" matçının gərginliyi Əhmədlinin elekrik xəttinə də təsir edib. Lakin bundan azarkeşlərə nə?!..

Onlar futbolun nəticəsi ilə bağlı məlumatı ancaq səhər qəzetlərdən öyrənə bildilər.

Xəbər lenti

Xəbər lenti