...

"SOY" kompaniyası jurnal buraxmağa hazırlaşır

Cəmiyyət Materials 2 May 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /korr.TrendLife Fərid Sadıxov/Yaxın günlərdə ölkədə nəşr olunan maqazin jurnallarının sırasına biri di qoşulacaq. ATV telekanalında "Çal-çağır", "Yeni ulduz", "Xalq ulduzu" kimi uğurlu şou-proqramlarla geniş tamaşaçı auditoriyası qazanan "SOY production" indi də jurnal buraxmağa hazırlaşır. Bu barədə TrendLife-a "SOY" kompaniyasından məlumat verilib.

Hələlik həftdə bir dəfə nəşr olunacaq jurnalın kollektivi formalaşdırılır. "SOY"un rəhbərliyi yeni nəşrin adı ilə bağlı konkret qərar qəbul etməsə də, jurnalın "Biz" adlana biləcəyi mümkündür. Jurnalda şou aləmində baş verəcək yeniliklər, sənət adamlarının həyatının görünməyən tərəfləri, qalmaqallar və digər maraqlı mövzulara üstünlük veriləcək. Bir sözlə, belə demək mümkünsə, "SOY" "Çal-çağır"ın çap variantını buraxmağa hazırlaşır.

Xəbər lenti

Xəbər lenti