...

Bakının Nizami rayon Polis İdarəsinin sabiq bölmə rəisinin şikayətinə baxıldı

Cəmiyyət Materials 4 May 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə bu gün Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov, Fariz Məmmədov və Müşfiq Səlifovun kassasiya şikayəti üzrə proses keçirilib.

Hakim Hüseynov cümə günü Trend ə bildirib ki, məhkəmə təqsirləndirilənlərin şikayətini qismən təmin edib. Belə ki, onların hər biri barəsində təyin olunmuş cəza 4 il azaldılaraq 7 il müəyyənləşdirilib.

Qeyd edək ki, bir qrup hüquq müdafiəçisi Mədətovun işinin obyektiv araşdırılması üçün bu məsələnin nəzarətə götürülməsi xahişi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etmişdi.

Məmmədov Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (dələduzluq), 182.2.1, 182.2.2, 182.2.4-ci (hədə-qorxu ilə tələb etmə), 221.2.1, 221.2.2, 221.3-ci (xuliqanlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə, saxlama, daşıma, başqasına vermə), Mədətov 149.2.1, 149.2.4, 149.2.5-ci (zorlama), Səlifov 182.2.1, 182.2.4, 228.1-ci maddələrilə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilmişdilər.

.

Xəbər lenti

Xəbər lenti