...

Həkimlərin attestasiyasının tarixi müəyyənləşdi

Cəmiyyət Materials 4 May 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /korr.TrendLife Fərid Sadıxov/Səhiyyə Nazirliyinin "Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə" əmrinə əsasən, həkimlər attestasiya olunacaqlar. Nazirlik bu gün attestasiyanın başlanacağı tarixi açıqlayıb. TrendLife-a verilən məlumata görə, bu il iyunun 9-dan başlayaraq həkimlər ixtisas dərəcələri almaq üçün attestasiyaya cəlb olunacaqlar.

Lakin ixtisas dərəcəsi almaq üçün attestasiya məcburi deyil, könüllüdür. Prosesə qatılmaq istəyən həkimlər sənədlərini mayın 19-dək Səhiyyə Nazirliyinə təqdim edəcəklər. Qeyd edək ki, nazirlik ixtisas dərəcəsinin verilməsi üçün attestasiyada istifadə olunacaq test sualları hazırlayıb.

Attastasiya cərrahiyyə, mamalıq-ginekologiya, pediatriya, terapiya ixtisasları üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti