...

Azərbaycanda iki istintaq təcridxanası tikiləcək (video)

Cəmiyyət Materials 5 May 2007 13:44 (UTC +04:00)
Azərbaycanda iki istintaq təcridxanası tikiləcək (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Əli Bayramlı şəhərində yeni istintaq təcridxanası inşa olunacaq. Bu barədə şənbə günü jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Ələkbərov bildirib ki, bu istiqamətdə artıq müvafiq işlərə başlanılıb. Nazir müavini digər bir istintaq təcridxanasının Kürdəxanı yolunda inşa olunacağını qeyd edib: "Kürdəxanı yolunda istintaq təcridxanası üçün torpaq sahəsi ayrılıb. Hazırda təcridxananın layihə-smeta sənədləri hazırlanır. Təcridxananın layihəsi hazırlanarkən bir sıra Avropa dövlətlərinin təcrübəsi öyrənilib. Layihə beynəlxalq təşkilatlar və bir neçə Avropa ölkələrinin mütəxəssisləri ilə birgə hazırlanır. Layihə-smeta sənədləri tam hazır olandan sonra təcridxananın inşasına başlanacaq".

Ələkbərov paytaxtda yerləşən cəzaçəkmə müəssisələrinin regionlara köçürülməsi prosesinin də artıq başladığını deyib. Nazir müavini həbsxanaların köçürülməsi üçün prezidentin müvafiq sərəncam və tapşırıqlar verdiyini, Ədliyyə Nazirliyinin rəhbərliyi ilə bu kampaniyaya başlanıldığını diqqətə çatdırıb. Hazırda Şəki, Lənkəran və Naxçıvanda Avropa standartlarına uyğun cəzaçəkmə müəssisələrinin inşası aparılır. Digər regionlarda da bu istiqmətdə işlər aparılır.

Azərbaycanda hazırda 17 cəzaçəkmə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası, 1 tərbiyə müəssisəsi, 1 Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə, 14 xüsusi məntəqə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti