...

Nazpəri Dostəliyeva qayınana oldu

Cəmiyyət Materials 7 May 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.Trendlife Səbinə Haşımova/"Mona Liza" restoranında Nazpəri Dostəliyevanın böyük oğlu Əlinin toyu oldu. Nazpəri xanım çalışmışdı ki, oğlunun toyu hamının yaddaşında qalsın. Bu onda çox gözəl alındı. Ən əsası da musiqi, güllər, qonaqlar arasında uçan kəpənəklər oldu. Demək olar ki, bütün müğənnilər Əli və Nərmini təbrikə gəlmişdilər. Onlar öz mahnılarını oxumaq üçün növbəyə düzülmüşdülər. Tək Nazpəri xanım nə vaxt ürəyi istəyirdisə, onda oxuyurdu. Nazpəri xanım demişkən: "Oğlanlarım var idi, indi isə qızım oldu."

Xəbər lenti

Xəbər lenti