...

Türkiyə Konstitusiya Məhkəməsinin sədri: "Azərbaycanda Konstitusiya Məhkəməsinin olması hüquqi dövlət qurulması yönündə çox önəmli bir pillədir"

Cəmiyyət Materials 10 May 2007 17:34 (UTC +04:00)
Türkiyə Konstitusiya Məhkəməsinin sədri: "Azərbaycanda Konstitusiya Məhkəməsinin olması hüquqi dövlət qurulması yönündə çox önəmli bir pillədir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda Konstitusiya Məhkəməsinin mövcud olması hüquqi dövlət qurulması yönündə çox önəmli bir pillədir. Bu barədə Bakıda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin başqanı Tülay Tuğcu cümə axşamı açıqlama verib.

Cümə axşamı Bakıda Azərbaycan və Türkiyənin Konstitusiya Məhkəmələri arasında anlaşma protokolu imzalanıb. İmzalanma mərasimində çıxış edən T.Tuğcu bildirib ki, bu protokolla Azərbaycan və Türkiyə arasında məhkəmə sahəsində daha sıx əlaqələrin təməli qoyulur: "Anayasa Məhkəməsinin mövcud olması insanların hüquqlarının təhlükəsizlik altında olması deməkdir. Ona görə hüquqi dövlət qurulması üçün Anayasa Məhkəməsinin yaradılması çox mühüm addımddır. Türkiyə ilə Azərbaycan arasında bu anlaşma protokolu hər iki ölkə üçün faydalı olacaq"-deyə Tuğcu bildirib.

O həmçinin bildirib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olub. Tuğcunun sözlərinə görə, Azərbaycanın dövlət başçısı bu əlaqələrin, anlaşma sənədinin hər iki ölkənin əlaqələrinə müsbət təsir göstərəcəyinə inandığını deyib.

Xəbər lenti

Xəbər lenti