...

Nazir: "Azərbaycan gəncləri xaricdə dövlət hesabına yalnız müqavilə əsasında təhsil ala bilər"

Cəmiyyət Materials 11 May 2007 15:47 (UTC +04:00)
Nazir: "Azərbaycan gəncləri xaricdə dövlət hesabına yalnız müqavilə əsasında təhsil ala bilər"

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan gənclərinin nümayəndələri xaricə dövlət hesabına təhsil almağa göndərilməzdən əvvəl dövlətlə müqavilə bağlamalı olacaq. Bu barədə 16 aprel 2007-ci ildə Azərbaycan prezidenti tərəfindən imzalanmış "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin nümayəndələrinin xaricdə təhsili" Dövlət Proqramının reallaşdırılması məsələsinə həsr olunmuş müşavirədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.

Nazirin sözlərinə görə, hazırlanmış təkliflərin müəllifinin hansı təsisat olması dövlətin xarici ölkələrin nüfuzlu ali təhsi məktəblərində təhsili davam etdirmək arzusunda olan gənclər qarşısında qoyduğu əsas şərt olacaq. "Bu sənəd gənclərin təhsili başa vurduqdan sonra vətənə dönəcəkləri barədə dövlətə zəmanət verəcək" - deyə nazir bildirib.

Onun sözlərinə görə, müqaviləni imzalamaqla gənclər təhsili başa vurduqdan sonra Azərbaycana qayıtmaq və üç il ərzində istiqaməti üzrə işləmək öhdəliyi götürür. Əks halda onlar dövlətin xərclədiyi vəsaitləri qaytarmalı olacaq.

"Ümumilikdə proqramın reallaşdırılması çərçivəsində xaricdə 5 min gəncin təhsil alması planlaşdırılır. Onlar dünyanın məşhur ali təhsil məktəblərinin nüfuzlu fakültələrinə göndəriləcək" - deyə nazir bildirib. Eyni zamanda nazir əlavə edib: "Fakültə və ixtisaslar vaciblik və dövlət əhəmiyyəti baxımından seçiləcək. İdarəetmə, iqtisadiyyatın müasir sahələri, informasiya texnologiyaları və s. kimi ixtisaslara üstünlük veriləcək".

Xəbər lenti

Xəbər lenti