...

Azərbaycanlı gənclər bu gün Rusiyanın ali məktəblərinə imtahan verirlər

Cəmiyyət Materials 12 May 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/müx.TrendLife Fərid Sadıxov/Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Rusiyanın ali məktəblərində və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almaq istəyən Azərbaycan gəncləri üçün test imtahanları keçirir.

Komissiyanın məlumatına görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna keçirilən imtahanlarda 33, digər ali məktəblər üzrə imtahanlarda isə 226 abituriyent iştirak edir.

Qeyd edək ki, bu il Rusiyanın ali məktəblərində azərbaycanlı gənclər üçün 53 ixtisas üzrə 70 yer ayrılıb. Azərbaycanlı gənclər Rusiya Federasiyasının 20 şəhərində yerləşən 41 ali məktəbdə təhsil alacaqlar.

Bu gün keçirilən imtahanların nəticələri yaxın günlərdə Dövlət Komissiyasının tqdk.gov.az internet saytında yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti