...

Çingiz Əhmədov: "Murad məni Sənubər İsgəndərlinin göstərişi ilə layihədən uzaqlaşdırdı"

Cəmiyyət Materials 14 May 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /müx. "TrendLife" V.Vüqarlı/

Aktyor Çingiz Əhmədov "Maşın-şou"nun birinci günü oyunu tərk etdi. O əmindir ki, onu layihədən uzaqlaşdıran Murad Arif Sənubər İsgəndərlinin göstərişini yerinə yetirib. "Biz həmin gün Muradla bir neçə dəfə danışmışıq. O mənə hörmət etdiyini bildirib. Mənim 90-cı illərdəki yumoristik proqramlarım onun yadındadı. Və onun məni layihədən uzaqlaşdırmağı gözlənilməz oldu. Mən əminəm ki, Murad bu qərarı öz qəbul etməyib. Bunu ona, nədənsə məni sevməyən Sənubər İsgəndərli deyib" - deyə Əhmədov öz fikrini "TrendLife"ın müxbirinə bildirib.

Xəbər lenti

Xəbər lenti