...

Vaşinqtonda məşhur azərbaycanlı rəssam Faiq Qəmbərovun sərgisi keçirilib

Cəmiyyət Materials 14 May 2007 14:44 (UTC +04:00)
Vaşinqtonda məşhur azərbaycanlı rəssam Faiq Qəmbərovun sərgisi keçirilib

ABŞ, Vaşinqton, Bakı/ Trend müxbir M.Əfəndiyeva/ Vaşinqtonda məşhur azərbaycanlı rəssam Faiq Qəmbərovun təravətlə zəngin rəngli və Bakı əhval ruhiyyəsi hiss olunan rəsmlərinin sərgisi keçirilib.

Rəssamın sevimli mövzularından biri Köhnə şəhər - "İçəri Şəhər", həmçinin Küləklər Şəhərinin gözəl memarlıq quruluşudur. "Bakı rəngləri" adlı sərgiyə nəinki Vaşinqtonda yaşayan azərbaycanlılar, eyni zamanada amerikalı sənətsevərlər də gəliblər. Sərgi Azərbaycan-Amerika İqtisadi Palatasının iqamətgahında keçirilib. Amerika Birləşmiş Ştatları ilə yanaşı, Qəmbərovun rəsmləri Fransa, Kanada, Türkiyə və digər ölkələrdə də nümanyiş olunub.

Qəmbərov rəsmləri "International Artist" jurnalının sentyabr buraxılışında dərc olunan ilk azərbaycanlı rəssamdır. Redaktor Cin Cafrinin sözlərinə görə, jurnal müasir rəssamlara karyera qurmağa yardım edir. Belə ki, onların işləri dünyada məşhur olan qalereyaların diqqətini cəlb edir. "International Artist" jurnalı Avstraliyada nəşr olunur və dünyanın 60-dan çox ölkəsinə yayılır.

Xəbər lenti

Xəbər lenti