...

Azərbaycanın müxalifət yönümlü qəzetinin baş redaktoruna qarşı cinayət işinə xitam verilib

Cəmiyyət Materials 14 May 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Gözəl "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı ittihamından imtina edib. Bazar ertəsi Nizami rayon məhkəməsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə keçirilmiş islasda Gözəlin nümayəndəsi bu barədə məhkəməyə sənəd təqdim edib. Məhkəmə iddiaçının müraciətini qəbul edib və işin icraatına xitam verilib. İddiaçı ötən həftənin sonu bir qrup hüquq müdafiəçisi ilə görüşündə iddiasını geri götürəcəyini bildirmişdi.

Gözəl iddiasında Arifoğlu barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi açılmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi. Arifoğlu bildirib ki, iddiaya səbəb onun bu il martın 29-da Türkiyənin "Kanal türk" televiziyasındakı çıxışı olub. Telekanalın Arifoğlu iştirak edən verilişində söhbət kürd terrorçularının müxtəlif strukturlarla əlaqələrindən gedirmiş.

"Yeni Müsavat" qəzetiylə "Azərsun Holdinq" rəhbərliyi arasında əvvəllər də məhkəmə çəkişməsi olub. Məhkəmələr şirkətin bir neçə iddiasını təmin edərək qəzetə böyük məbləğdə cərimələr kəsib.

Xəbər lenti

Xəbər lenti