...

"Maşın-şou"da duel davam edir

Cəmiyyət Materials 16 May 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx.TrendLife Vüqar Vüqarlı/"Maşın-şounun" növbəti, dördüncü günü, təəssüflər olsun ki, yenə də mübahisəsiz ötüşmədi. Hamının bildiyinə görə, oyunda hakim kürsüsündə olan Valeh Kərimov (Moşu rolunun ifaçısı) sms çoxluğu qazanıb Natavan Həbibini layihədən uzaqlaşdırdı. İştirakçılar iki qrupa bölünüblər. Həm çəkilərinə görə, həm də yaş kateqoriyasına görə.

Görünənlərə görə, orta nəsil nümayəndələrindən olan aktrisalarımız Sənubər İsgəndərli və Mehriban Xanlarova hələ də özlərinə qrup tapa bilmirlər. Murad Dadaşov da oyunda belə bir zarafat etdi: "Mehriban xanım bütün gün qrup axtarışında olub, amma nə isə indiyə qədər özünə yer tapa bilmir." Qalan iştirakçılar artıq özlərinə qrup tapıblar. Oyunda birləşmək əvəzinə, əksinə oyuçular parçalandılar. Məsələn Xəyyam bildirdi ki, məhz onu Valeh müəllim çıxarsa, buna ancaq sevinə bilər. Həmçinin Elməddin də neytral mövqe tutdu. Nədənsə Natəvan birdən-birə qərara gəldi ki, "Moşu" zərbəni sırf ona vuracaq. Bir tərəfdən onu başa düşmək olurdu. Bizdə olan məlumata görə, Xəyyamla Ayan bu layihədə çox yaxşı reklam olunurlar. Necə deyərlər, onların "daydayları" var. Nicat Kazımova gəldikdə isə o da Valen Kərimov kimi neytral aktyor olaraq qalır. Həmçinin Tünzalə Əliyevaya da "Moşu" toxunmur, hələ ki...

Belə vəziyyətdə tək iki nəfər qalır Murad Arif: və Natəvan. Keçmiş "Qaraj" verilişinin aparıcısından söhbət gedə bilməzdi. Çünki onu yolundan götürmək Valeh üçün təhqir olardı. Göründüyü kimi, tələ Natəvan Həbibiyə qurulub. Müğənni bundan istifadə edərək özünü Valeh müəllimin hesabına bir az reklam etdi. İndi Natəvanı yaradıcılığı ilə tanımayanların tək bir şey yadlarında qalacaq ki, məhz bu qız "Moşuya" əks idi. Daha bundan böyük xoşbəxt nə ola bilər? Düz deyil, cənablar? İndi isə artıq gözləmək qalır ki, Ayan və Xəyyam özlərini reklam etmək üçün daha nələr fikirləşəcəklər. Duel davam edir...

Xəbər lenti

Xəbər lenti