...

Həccə getmək istəyən azərbaycanlı zəvvarların kvotası artırılacaq

Cəmiyyət Materials 18 May 2007 16:19 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi tərəfindən Həccə ziyarət etmək arzusunda olan zəvvarlara ayrılan kvotanın artırılması məsələlərini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Həcc üzrə nazir Fuad bin Əbdülsalam əl Farizi ilə müzakirə edəcək.

Danışıqlar Qafqaz müsəlmanlarının dini liderinin şənbə günü Səudiyyə Ərəbistanına başlayacaq səfəri zamanı aparılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Keçən mövsüm ərzində Səudiyyə Ərəbistanının Dini İşlər üzrə Nazirliyi Azərbaycan zəvvarları üçün 4500 yer ayırmışdı. Bu il QMİ Krallıq rəhbərliyinə kvotanın artırılması xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti