...

Meşələrimizin yanması halları azalıb

Cəmiyyət Materials 18 May 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may/müx.TrendLife Fərid Sadıxov/Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən TrendLife-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində son illər meşələrdə qanunsuz ağac kəsilməsi halları və yanğınların sayı azalıb. Belə ki, 2004-cü ildə 46793 kub.metr, 2005-ci ildə 38493 kub.metr, 2006-cı ildə isə 36842 kub.metr ağac qanunsuz kəsilib. . Yanğınlara gəlincə, 2004-cü ildə 77 hektar, 2005-ci ildə 21 hektar, 2006-cı ildə isə 14,6 hektar meşə sahəsində yanğın baş verib. Ümumilikdə baş verən hadisələrlə əlaqədar son üç ildə 1101 intizam tədbiri görülüb, 311 nəfər vəzifəsindən azad olunub. Bundan başqa, 1994 iş baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib və müvafiq cərimələr tətbiq edlilib.

Xəbər lenti

Xəbər lenti