...

Qrossmeyster Rauf Məmmədov "Dünyanın yeniyetmə ulduzları" turnirində medal qazanmaq şanslarına malikdir

Cəmiyyət Materials 21 May 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Qrossmeyster Rauf Məmmədov Kirişıda (Leninqrad vilayəti) İvan Somovun xatirəsinə keçirilən "Dünyanın yeniyetmə ulduzları" turnirində medal qazanmaq şanslarına malikdir.

Beşinci turda həmyerlimiz ukraynalı Yuri Kuzubovla heç-heçə oynayıb və indi üç xalla yarışın liderləri sırasındadır. Eyni göstəriciyə erməni Avetik Qriqoryan da malikdir.

Digər həmyerlimiz Eltac Səfərli isə hesabat günündə rusiyalı Danil Linçevskiyə məğlub olub və indi Raufdan bir xal geri qalır.

Turnirin liderləri isə hindistanlı Negi Paramaryan və ermənistanla Zaven Andriasyandır. Onların aktivində 4 xal var.

Xəbər lenti

Xəbər lenti