...

Əfv komissiyasının üzvü: "28 may - Respublika Günü ilə əlaqədar əfv fərmanının imzalanması real deyil"

Cəmiyyət Materials 21 May 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 28 may - Respublika Günü ilə əlaqədar əfv fərmanının imzalanması real deyil. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub məlumat verib.

Son günlər bəzi hüquq müdafiəçiləri Respublika Günü ilə əlaqədar əfv fərmanının imzalanacağını və hazırda həbsdə olan yeddi jurnalistin azadlığa buraxılacağını iddia edirlər.

Yaqub qeyd edib ki, sonuncu əfv fərmanı bir müddət əvvəl imzalanıb və bundan sonra isə Milli Məclis Amnistiya aktı qəbul edib: "Növbəti əfv fərmanının imzalanması üçün hazırlıq prosesi getməlidir. Hazırda Əfv Komissiyanının iclasları keçirilmir və mayın 28-də əfv fərmanının imzalanması üçün hazırlıq prosesi görülmür. Ona görə də hesab edirəm ki, mayın 28-də əfv fərmanı olmayacaq".

Yaqub vurğulayıb ki, yaxın günlərdə Əfv Komissiyasının iclasının keçirilməsi gözlənilmir.

Əfv Komissiyası daimi fəaliyyət göstərir və daxil olan müraciətlərə baxılır.

Azərbaycanda sonuncu əfv fərmanı martın 19-da imzalanıb.

Xəbər lenti

Xəbər lenti