...

Azərbaycanın mədəniyyət nümayəndə heyəti Minskdə və Bobruyskda çıxış edəcək

Cəmiyyət Materials 21 May 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Azərbaycanın mədəni desantları Belarusa çatacaq. Bu haqda TrendLife-a Mədəniyyət və turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib.

Belarusda Azərbaycanın mədəniyyət günləri mayın 22-dən 24-nə qədər davam edəcək. Çıxış proqramı olduqca maraqlıdır. Dövlət xalq çalğı alətləri, dövlət rəqs ansamblı, Azərbaycan Dövlət opera balet teatrları, solistlər Cülnaz İsmayılova, Azər Zeynalov çıxış edəcək. Estrada müğənnilərindən Aygün Kazımova Minskdə "Şərq qızı" , Faiq Ağayev Polad Bübüloğlunun popurilərindən ibarət mahnı və "Gəl, gözəlim", "Biləydim kaş" mahnılarını ifa edəcək. Konsertdə bəstəkar Rauf Hacıyevin "Azərbaycan" mahnısını bütün iştirakçılar ifa edəcəklər. Mədəniyyət günləri Belarusun Bobruysk şəhərində də keçiriləcək. Nümayində heyətinə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başçılıq edir.

Xəbər lenti

Xəbər lenti